Solovyov hərbi cinayətkardır, mühakimə olunsun – Çağırış

Solovyov hərbi cinayətkardır, mühakimə olunsun – Çağırış

Ukraynanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərdə özlərini jurnalist kimi qələmə verən Kreml rejiminin təbliğatçılarını da mühakimə etməyə çağırırıq.

AzerTimes xəbər verir ki, bu barədə Polşa Jurnalistləri Assosiasiyasının saytında deyilib.

“Kremlin təbliğatçıları Rusiyanın Ukraynaya qarşı müharibəsi barədə dünya ictimaiyyətinə nəinki yanlış məlumat verir, həm də Putin və onun ətrafının imperialist maraqları naminə ukraynalılara qarşı mübarizəyə çağırır. Rusiyanın aparıcı təbliğatçıları Marqarita Simonyan, Vladimir Solovyov, Dmitri Kiselyov və Olqa Skabeyeva Rusiya diktator rejiminin süqutundan sonra hərbi cinayətkar kimi mühakimə olunmalıdırlar. Bunlar Rusiya təbliğatının ən məşhur simalarıdır. Təəssüflər olsun ki, indi Rusiyada azad media olmadığı üçün onların sayı daha çoxdur”, – məlumatda deyilib.

Teqlər: