Qətərdə keçirilən Futbol üzrə Dünya Çempionatında LGBT-nin reklam olunma cəhdləri məni həqiqətən dəli edir. Qərb liderləri bu tip hərəkətlərlə nəyə nail olmaq istəyirlər?
AzerTimes xəbər verir ki, bu sözləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov öz verilişinin (“Vladimir Solovyovla axşam”) efiri zamanı deyib.
“Qətər hökuməti Dünya Çempionatının keçırildiyi zaman bütün yığmaların oyunçularına xəbərdarlıq edib. Qeyd olunub ki, Qətər müsəlman ölkəsidir və burada heç bir LGBT piarı olmamalıdır. Qətər xahiş edib ki, onların bu xəbərdarlığı bu ölkədə yaşayan insanların inaclarına, mədəniyyətinə hörmət mənası olaraq qəbul edilsin. Amma görün alman futbolçular nə etdi. LGBT rəngləri ilə boyanmış sarğını qollarına taxmağa icazə verilməyən gün onlar ağızlarını əlləri ilə tutub şəkil çəkdirdilər. Guya Qətərdə insan haqları boğulur. Ay Qərbin “petuxları”, “geyləri”, gedin öz ölkələrinizdə nə edirsiz, edin – başqa ölkələrin mədəniyyət və düşüncə tərzi ilə oyun oynamayın! Bu nə rüsvayçılıqdır? Bu azmış kimi Almaniyanın daxili işlər naziri Nensi Fauler Qətərdə “Xəlifə” stadionunun qonaq tribunasına qadağan olunmuş həmən o sarğıda gəlib. Hələ Qətər hökumət üzvlərinin yanlarında poz verib. Nədir sizin istəyiniz? Bununla nəyə nail olmaq istəyirsiz?” – deyə o qeyd edib.