Rusiyalı aparıcı, ermənipərəst Vladimir Solovyov Ukraynaya alman silahlarının verilməsinə görə isterika yaşayıb.
AzerTimes xəbər verir ki, onun növbəti qalmaqalı “Bazar axşamı” verilişinin efirində baş verib.
Verilişin qonaqlarından biri ilə müzakirələr zamanı o, yüksək səslə danışmağa başlayıb:
“Müharibə (Rusiya-Ukrayna – red.) Almaniya hakimiyyəti tərəfindən aparılır. Ona əclaf Merkel (Almaniyanın keçmiş kansleri – red.), əclaf Şolts (Almaniyanın indiki kansleri – red.), bir də əclaf Berbok (Almaniyanın xarici işlər naziri – red.) başçılıq edir. Buna görə də alman əclafı Berlində məhv ediləcək. Hamını yandıracağıq. Berlin də yanacaq. Berlin alov içində yanacaq. Və bu atəşi ya müsəlmanlar alovlandıracaq, bacarmasalar, sovet döyüşçü-xilaskarı gələcək”.