Solomon adalarında 6,1 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar UTC vaxtı ilə saat 15:45-də Makira adasında yerləşən Kirakira yaşayış məntəqəsindən 55,9 km uzaqlıqda qeydə alınıb.
Zəlzələ ocağı 77,8 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat daxil olmayıb.