Solomon adaları yaxınlığında güclü zəlzələ qeydə alınıb

Sakit okeanın cənub-qərbində yerləşən Solomon adaları yaxınlığında 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri ada dövlətinin Honiara şəhərindən 180 km şimal-qərbdə, ocağı isə 33 km dərinlikdə yerləşib.


Sunami təhlükəsi barədə məlumat verilməyib.