Avqustun 6-da Kursk vilayətinin Sucansk rayonuna hücum edən Ukrayna qoşunları sərhəd zonasında möhkəmlənməyə nail olublar.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rybar” Teleqram kanalı yazıb.
Kanalın müəllifi Mixail Zvinçukun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Nikolaevo-Daryino, Darino və Sverdlikovo kəndlərini işğal edib. Bundan əlavə, Qonçarovka və Oleşnyada Ukrayna və Rusiya qoşunları döyüşür.
Xəbər yenilənəcək…