Şok: Ukrayna Krıma desant çıxardı – Döyüş gedir

Şok: Ukrayna Krıma desant çıxardı – Döyüş gedir

Bu gün səhər saatlarında Ukrayna Baş Kəşfiyyat İdarəsinin bölmələri Tarxankut burnunda xüsusi əməliyyat keçirmək üçün Krıma uğurlu çıxış ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov deyib.

“Baş Kəşfiyyat İdarəsinin bölmələri xüsusi əməliyyat çərçivəsində Krıma çıxıblar, bütün tapşırıqlar yerinə yetirilib”, – Yusov bildirib.

Onun sözlərinə görə, xüsusi əməliyyat hərbi donanma ilə birlikdə həyata keçirilib:

“Tapşırıqlar yerinə yetirilib. Şəxsi heyət arasında itki yoxdur. Əməliyyat davam edir. Baş Kəşfiyyat İdarəsi bütün detalları açıqlamır. Düşmənin şəxsi heyəti, texnikası arasında itkilər var. İtkilər barədə məlumat dəqiqləşdirilir”.

Ukrayna mətbuatının məlumatına görə, bu səhər saatlarında Tarxankut burnunun Mayak rayonunda partlayışlar eşidilib.

Rus Teleqram kanalları da bildiriblər ki, rezin qayıqlarda olan naməlum şəxslər turistlər olduğu sahili atəşə tutublar.

“Baza” iki qayıqda 10 nəfərin, SHOT isə 4 qayıqdan ibarət diversantların olduğunu yazıb.

Qeyd edək ki, mayak rayonunda Rusiya Hava Kosmik Qüvvələrinin Radiotexniki qoşunlarının 3-cü radiotexniki alayının bazası yerləşir. Tarxankutda “Nebo-M” və “Kosta-2E2” radiolokasiya sistemləri mövcuddur.

Teqlər: