Şok: Rusiya zərbə endirdi, insanlar əriyib yox oldu!

Şok: Rusiya zərbə endirdi, insanlar əriyib yox oldu!

Rusiyanın bir neçə gün öncə Ukraynanın Dnepr şəhərində yaşayış binasına endirdiyi ölümcül raket zərbəsi ilə bağlı türkürpədən detallar məlum olub.

AzerTimes xəbər verir ki, Dnepr meri Boris Filatovun sözlərinə görə, zərbədən dolayı binanın dağılması nəticəsində itkin düşən insanların bundan sonra tapılması mümkünsüzdür.

O bildirir ki, şiddətli soyuqlar və raket yanacağının yanması səbəbindən həmin insanlar sadəcə əriyib yoxa çıxıblar:

“Kadr arxasında elə dəhşətli səhnələr var ki, çətin ki, insanlar onları görməyə hazır olsun. Dağıntılar altında parçalanmış və plitələr altında qalmış qadının bədəni sadəcə “vərəğə” çevrilmişdi”.

Qeyd edək ki, son məlumata görə, raket zərbəsi nəticəsində 45 nəfər ölüb, 25 nəfər isə itkin düşüb.

Teqlər: