Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, rus işğalçıları Ukraynaya qarşı müharibədə böyük itkilər verdiyi üçün mobil krematoriyalardan fəal şəkildə istifadə edirlər.
AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, hazırkı fəlakətli vəziyyəti nəzərə alaraq, düşmən mobil krematoriyalardan fəal şəkildə istifadə edir. Ölən işğalçıların cəsədlərinin tanınması və uçotu aparılmadan kremasiyalar həyata keçirilir”, – Malyar bildirib.