Rusiya ələ keçirdiyi əraziləri ilhaq etsə, onda Ukrayna təbii qaz, neft və nadir torpaq mineralları da daxil olmaqla, yataqlarının demək olar ki, üçdə ikisinə çıxışını itirəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Bildirilir ki, Rusiyanın Ukrayna torpaqlarını işğalı nəticəsində təxminən 12 trilyon dollar dəyərində faydalı qazıntıya nəzarəti ələ keçirib. Bu, Ukrayna ərazisində yerləşən təbii ehtiyatlardan kömür yataqlarının 60%-dən çoxunu, neftin 11%-ni , qazın 20%-ni, metal yataqlarının isə 40%-dən çoxunu təşkil edir.
Ukrayna Dövlət Geologiya və Mineral Ehtiyatlar Xidmətinin baş direktoru Roman Opimaxın sözlərinə görə, hökumət müharibənin mineral ehtiyatlara təsirini hələ də qiymətləndirir:
“Ukraynada xammalın həm şərqdə, həm də cənubda yerləşdiyini nəzərə alsaq, itirilən ehtiyatların miqdarı təhlillərdə göstəriləndən daha çoxdur”.