Bolqarıstan Prezidenti Rumen Radev Ukraynaya əvvəllər təsdiqlənmiş zirehli texnika tədarükünə veto qoyub.
AzerTimes xəbər verir ki, bu barədə “Azadlıq-Azad Avropa” radiosunun Bolqarıstan xidməti prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Radev vetonu zirehli texnikanın Bolqarıstanda – məsələn, sərhədlərin mühafizəsində və ya təbii fəlakətlərlə mübarizədə istifadə oluna biləcəyi ilə əsaslandırıb.
“Mən əminəm ki, Bolqarıstan vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı və həyatı əsas prioritet olmalıdır”, – prezident deyib.
Qeyd edək ki, noyabrın 22-də ölkə parlamenti 100 Bolqarıstan zirehli transportyorunun Ukraynaya pulsuz göndərilməsi haqqında sazişi ratifikasiya edib.
Təhvil verilməsi planlaşdırılan zirehli transportyorların təqribən 40 yaşı var və 1980-ci illərin sonunda Bolqarıstan hüquq-mühafizə orqanları tərəfindən ölkənin türk əhalisinin zorla köçürülməsi kampaniyası zamanı istifadə edilib. Daxili İşlər Nazirliyi onları köhnəlmiş adlandırır.