Ukraynada müharibə 10 il davam edə bilər.
AzerTimes CNBC-ə istinadən xəbər verir ki, beynəlxalq tədqiqatçılar hesab edirlər ki, Ukraynadakı müharibə Rusiya ilə on ildən çox davam edəcək dondurulmuş münaqişəyə çevrilə bilər.
Analitiklərə görə, Rusiyanın Severodonetskin ələ keçirməsi ehtimalı getdikcə daha çox görünür:
“Şəhərin işğalı halında, Lisiçanskla birlikdə Rusiya ordusu Luqansk vilayətinə tam nəzarət edəcək. Ruslar bu sahədə uğur qazansalar, çox güman ki, diqqətlərini təxminən yarısı artıq işğal olunmuş Donetsk bölgəsinə yönəldəcəklər”.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun strategiya, texnologiya və silahlara nəzarət üzrə direktoru Uilyam Alberke hesab edir ki, Rusiyanın müdafiə xəttinin hardasa düşəcəyi ehtimalı var. Sonra onlar Severodonetsk cəbhəsindən şimala, Xarkova və ya Xersona çəkilməli olacaqlar.
Alberke bildirib ki, Ukrayna Rusiya ordusunu dəf etməyə başlasa, bu, onu ərazi ambisiyalarını daha da azaltmağa məcbur edəcək. O zaman isə onilliklər və ya daha çox davam edən dondurulmuş münaqişə yarana bilər.
Qeyd edək ki, Severodonetsk və Lisiçansk Luqansk vilayətində Ukrayna hərbçilərinin əlində olan sonuncu şəhərlərdir. Rusiya hərbçiləri Severdonetskə çata biləcək bütün körpüləri dağıdıblar.