Şok proqnoz: Neftin barreli 400 dollara çatacaq!

Şok proqnoz: Neftin barreli 400 dollara çatacaq!

Yaxın Şərq münaqişənin bəzi ssenariləri dünya bazarında neftin qiymətini 4 dəfə, yəni Brent markalı neftin təxminən 400 dollara yüksəlməsinə gətirib çıxara bilər.

AzerTimes xəbər verir ki, bunu rusiyalı ekspert Maksim Kanişev deyib.

“1973-cü ildə oxşar vəziyyətdə, İsrailin Suriya və Misirlə müharibəsi zamanı İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, bütün neft hasil edən ərəb ölkələri İsraili dəstəkləyən ölkələrə, o cümlədən ABŞ, Böyük Britaniya və Kanadaya neft tədarükünə embarqo qoydular. Bunun nəticələri neftin qiymətinin dörd dəfə artması və böyük enerji böhranı oldu”,- o bildirib.

O qeyd edir ki, nə ABŞ-ın, nə də AB-nin belə bir çatışmazlığı əvəz edəcək mənbələri var və Amerikanın strateji neft ehtiyatları minimum səviyyədədir:

“Embarqo vəziyyətində Qərb ölkələrində istehsal və nəqliyyat sadəcə olaraq dayanacaq. Bu ssenarinin nə dərəcədə real olduğunu təxmin etmək mümkün deyil, lakin gözləntilərin özü artıq neftin qiymətini yüksəldir və münaqişə nə qədər uzun sürərsə, bu təsir bir o qədər güclü olacaq”.

Teqlər: