“Vaqner” rəhbəri yevgeni Priqojinin şəxsi təyyarəsinin Misnkdən Moskvaya doğru uçduğu haqda məlumat yayılıb.
AzerTimes xəbər verir ki, bu barədə “FTP Mobilizasiya” Teleqram kanalı xəritə paylaşıb.
Priqojinin təyyarədə olub-olmadığı, onun təyyarəsinin Moskvaya hansı məqsədlə uçduğu bəlli deyil.
“İnsayder” isə yazıb ki, Priqojinin təyyarəsi Maçulişçi hərbi aerodromunda 14 saat 59 dəqiqə qalıb.
“Bu axşam Prezident Lukaşenko “Minsk dənizi”ndəki (şəhər kənarındakı göl) iqamətgahında 5 saat vaxt keçirib. Ehtimal ki, o, burada Priqojinlə görüşüb.
Bundan 39 dəqiqə sonra Priqojinin Maçulişçidəki təyyarəsi havaya qalxıb. Onunla birgə gələn ikinci təyyarə də onu müşayət edib”, – məlumatda bildirilir.