Səudiyyə Ərəbistanı İranın krallıqdakı hədəflərə qaçılmaz hücumu ilə bağlı ABŞ-la kəşfiyyat məlumatları paylaşıb.
AzerTimes xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.
Bildirilib ki, Səudiyyə ilə yanaşı regiondakı bir sıra ölkələr ordunun döyüş hazırlığı səviyyəsini yüksəldib.
Belə ki, İranın Səudiyyə ilə yanaşı, İraqın Kürdüstan muxtariyyətinin Ərbil şəhərinə hücuma edəcəyi bildirilir.
İddiaya görə, İran hakimiyyəti bununla daxildəki etirazlardan diqqət yayındırmağa çalışacaq.