Ukrayna Amsterdamın Kiyevə təhvil verəcəyi 24 ədəd F-16 qırıcısından Rusiyadakı hərbi hədəflərə hücumlar üçün istifadə edə biləcək.
AzerTimes xəbər verir ki, bu sözləri müdafiə naziri Kaysa Ollonqren deyib.
“Biz Ukraynaya silah ötürdükdən sonra ondan necə istifadə edəcəyinə Kiyev özü qərar verir”, – o bildirib.
O, Belçikadan fərqli olaraq, F-16-larla bağlı ölkəsinin heç bir məhdudiyyət tətbiq etməyəcəyini vurğulayıb.