Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, keçmiş prezidentliyə namizəd Kamal Kılıçdaroğlu yaxın günlərdə ona qarşı müxtəlif zamanlarda qaldırılan 28 iddiadan dolayı saxlanıla bilər.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin “Cümhuriyyət” qəzeti məlumat yayıb.
Bildirilib ki, əvvəllər deputat kimi toxunulmazlığı səbəbindən bəzi işlərin icraatı dayandırılıb.
Siyasətçini əsasən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına nalayiq ifadələr, təhqirlər işlətməsi səbəbindən ümumilikdə 110 ilədək müddətinə həbs edilə bilər.