Ermənistan Ukraynaya hava hücumundan müdafiə sistemləri və zərbə raketləri verib. Xüsusilə, Kiyev “Toçka-U” zərbə raketləri və S-125 zenit-raket komplekslərini əldə edib. Ukrayna bu silahları Kurskda istifadə edib.
AzerTimes xəbər verir ki, bu fikirlər yayılan xəbərlərin mümkünlüyü barədə analitik yazı hazırlayan bloknot.ru saytında yer alıb.
Saytın məqaləsində vurğulanır ki, Ukraynanın Kurs istiqamətində bu silahları kütləvi şəkildə istifadə etməsi bir çox şübhələrə əsas verib:
“Silahlar köhnəlmiş silahlardır, SSRİ dövründə hazırlanıb. Və bir sıra hərbi müxbir və analitik Teleqram kanalları da yazır ki, Ermənistan ABŞ-ın tövsiyəsi ilə Ukraynaya öz hava hücumundan müdafiə sistemlərini və raketlər verib. Bu məlumat yalan ola bilərmi? Nəzəri olaraq, bəli. Ancaq burada faktlar var. Avqustun 16-da Rusiya Fövqəladə Hallar Nazirliyi öz Teleqram kanalında Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə zərbələr endirmək üçün istifadə etdiyi sursatların videolarını yayıb. Videoda energetika kompleksi obyektinin yaxınlığından tapılan “Toçka-U” raketinin fraqmentləri, həmçinin Amerika istehsalı olan döyüş sursatları əks olunub. Dörd gün əvvəl Kiyev rejimi eyni raketlərlə Kursk və xüsusən də dəmiryol stansiyasına hücum edib”.
Nəşrin yazdığına görə, Ukrayna bu silahlardan müharibənin əvvəlində, yalnız ehtiyac olduqda istifadə edirdi. İndi isə SSRİ dövründən qalan bu silahlarla kütləvi şəkildə hücum edir və məntiqlə Kiyevin bu növ silah-sursatı tükənmiş olmalı idi:
“Ukrayna Silahlı Qüvvələri SSRİ-də hazırlanıb, 1989-cu ildə istifadəyə verilmiş raketləri indi haradan alıb? Məntiqi cavab: onları keçmiş SSRİ respublikalarından biri təhvil verib. Xain kimdir? Bütün faktları nəzərə alsaq, Ermənistan ən münasibdir. Birincisi, onlar ABŞ-ın əlaltısına çevriliblər. Rusiyanın “Mir” kartlarından imtina ediblər. Fransadan qoşun göndərməyi və hərbi baza açmağı xahiş ediblər. Daha sonra onların Baş naziri Nikol Paşinyan Ermənistan-ABŞ münasibtlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazır olduğunu bildirib. Görünür, Paşinyana seçim təklif olunub: dəstəyimizi istəyirsənsə, Ukrayna Silahlı Qüvvələrinə yardım etməyə başla. Və Ermənistanın baş naziri də öz seçimini edib”.