Ukraynada təlim keçmiş snayperlər kütləvi etirazlar zamanı təxribatlar təşkil etmək üçün Gürcüstana gəlir.
AzerTimes xəbər verir ki, bu barədə TASS-a regiondakı mənbələr məlumat verib.
“Oktyabrın 26-da keçirilən seçkilərdən sonra Gürcüstanda daxili siyasi vəziyyəti sarsıtmaq və növbəti rəngli inqilab törətmək istəyən qərblilər heç nədən çəkinmirlər: Ukraynada təlim keçmiş snayperlər kütləvi etirazlar zamanı təxribatlar təşkil etmək üçün respublikaya gəlirlər”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, hazırda Tiflisdə parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətin aksiyası keçirilir.