Şok iddia: Rusiya PUA-ları Rumıniyaya hücum etdi

Şok iddia: Rusiya PUA-ları Rumıniyaya hücum etdi

Rumıniya ordusunun Rusiyaya məxsus PUA-ları vurması ilə bağlı internetdə yayılan videolar həqiqəti əks etdirmir.

AzerTimes xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, son günlər Rumıniyanın Rusiya PUA-larının hədəfinə çevrildiyi və nəticədə ölkənin hava hücumundan müdafiə sistemlərinin onlara atəş açması ilə bağlı X və digər sosial şəbəkə platformalarında yalan informasiyalar yayılır.

Qeyd olunur ki, Rusiyanın hücumları Rumıniya ərazisindəki obyektlərə deyil, Ukraynanın Dunaydakı liman infrastrukturuna yönəlib.

Teqlər: