Şok iddia: Gələn həftə o, Rusiyanın müdafiə naziri olacaq

Şok iddia: Gələn həftə o, Rusiyanın müdafiə naziri olacaq

General-polkovnik Aleksey Dyumin Rusiyanın yeni müdafiə naziri olacaq.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, 2016-cı ildən Tula vilayətinin qubernatoru olan Dyumin Kreml rəhbərinə yaxın adamlardan biri kimi tanınır. O, həmçinin 1999-2007-ci illərdə Rusiya Prezidentinin mühafizəçisi olub.

2012-ci ildə Dyumin Rusiya Federal Mühafizə Xidmətinin nəzdində Prezidentinin Təhlükəsizlik İdarəsi rəhbərinin müavini təyin edilib.

Bəzi iddialara görə, Dyumin gələn həftə Rusiyanın yeni müdafiə naziri vəzifəsinə təyinat ala bilər.

Teqlər: