Belarus Prezidenti Aleksandr Lukaşenko orduya Ukraynaya hücum əmri vermişdi.
AzerTimes xəbər verir ki, bu sözləri Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya deyib.
“Bizdə sübutlar var. Rejim Ukraynaya hücum əmri vermişdi. Lakin yüksək çinli zabitlər anladılar ki, Belarus əsgərinin əhval-ruhiyyəsi aşağıdır və Rusiya qoşunları ilə birləşərək hücum etmək istəmir. Ona görə də bu əmr icra edilmədi”, – deyə Tixanovskaya bildirib.