Şok: Fransa şirkəti İŞİD-ə yardım etdiyini boynuna aldı

Şok: Fransa şirkəti İŞİD-ə yardım etdiyini boynuna aldı

Fransanın nəhəng “Lafarge” sement şirkəti İŞİD-ə maliyyə yardımı etməsi ilə bağlı irəli sürülən ittihamları qəbul edib.

AzerTimes xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi şirkətin Bruklin Federal Məhkəməsində razılığa gəldiyini açıqlayıb.

Belə ki, İŞİD-ə yardım etməsi ilə bağlı ittihamları qəbul edən şirkət 777,78 milyon dollar təzminat ödəməyə də razı olub.

Qeyd edək ki, “Lafarge” 2010-cu ildə Suriya bazarına daxil olub, Türkiyə və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində zavod inşa edib, hərbi əməliyyatlar səbəbindən Suriyadan bütün şirkətlər qaçdığı halda, Fransanın təkidi ilə şirkət Suriyada qalmağa məcbur edilib və qaçırılan işçilərini geri almaq və fəaliyyətini təhlükəsiz davam etdirə bilmək üçün İŞİD, PKK terror təşkilatlarını maliyyələşdirib.

Fransada aparılan təhqiqata görə, şirkət vasitəsilə terror təşkilatlarına 16 milyon dollara yaxın maliyyə ötürülməsinə dair sübutlar tapılıb, lakin Türkiyənin TRT telekanalının araşdırması bu rəqəmin daha yüksək olduğunu və bundan Fransa rəhbərliyinin xəbərdar olmasını üzə çıxarır.

Bütün bunlar Emmanuel Makronun Fransanın xaricdəki sərmayələrinə məsul olan iqtisadiyyat naziri olduğu dövrdə baş verib.

Teqlər: