Polşa Cənubi Koreyadan təxminən 1000 tank, 600-dən çox artilleriya qurğusu və onlarla qırıcı alacaq.
AzerTimes xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi açıqlama yayıb.
Məqsəd Ukraynaya verilən hərbi texnikanın yerini doldurmaqdır.
Bildirilib ki, Varşava 980 ədəd K2 tankı, 648 ədəd K9 özüyeriyən haubitsa və 48 ədəd FA-50 qırıcısı sifariş edib.
180 tank, 48 haubitsanın bu il tədarük ediləcəyi gözlənilir, 800 tank 2026-cı ilə, 600 haubitsa isə 2025-ci ilə qədər göndəriləcək.