Şok: Bolqarıstan Rusiyanın xeyrinə necə hərəkət edib?

Şok: Bolqarıstan Rusiyanın xeyrinə necə hərəkət edib?

Bolqarıstanın keçmiş hakimiyyət orqanları qanuna zidd olaraq Rusiyadan “Balkan axını” qaz kəmərinin tikintisinə razılıq verib.

AzerTimes xəbər verir ki, bu barədə Bolqarıstanın Bird.bg nəşri məlumat yayıb.

Qeyd olunub ki, xüsusi xidmət orqanları bu kəmərin Sofiyanın iqtisadi maraqlarına cavab vermədiyini və yalnız Rusiyanın Ukrayna ərazisindən qaz tranzitindən asılılığını azaltmaq məqsədi daşıdığını bildirib.

Nəşrin 2016-cı ildə apardığı araşdırmaya görə, Rusiya çoxmilyardlıq “Cənub axını” layihəsini həyata keçirməkdən imtina etdikdən sonra Bolqarıstanın o vaxtkı baş naziri Boyko Borisov “Balkan axını” ideyasını irəli sürüb. Yəni Ukraynadan yan keçməklə, Türkiyə vasitəsilə Bolqarıstan və Serbiya üzərindən.

Bildirilib ki, layihənin real məqsədi kəşfiyyat xidmətinin hesabatından da göründüyü kimi, Bolqarıstana qaz tədarükünü şaxələndirmək olmayıb, bu, yalnız Rusiyanın xeyrinə olub.

Teqlər: