SOFAZ səhmlərə qoyduğu investisiyanın məbləğini açıqlayıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin birinci rübünün sonunda Dövlət Neft Fondunun (SOFAZ) səhmlərə investisiyasının həcmi ümumi investisiya portfelinin 17 faizini təşkil edib.

Bu barədə Trend-ə Fonddan bildiriblər.

Qeyd olunub ki, Fondun səhmlərə investisiyanın məbləği 7,3 milyard dollara bərabər olub:

“2012-ci ildən başlayaraq SOFAZ-ın investisiyalar portfelinin şaxələndirilməsi məqsədilə qurumun sərmayə yatırdığı sahələrə səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə alətlərinin əlavə olunması barədə qərar qəbul edilib”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: