Soçidə Zəngəzur dəhlizi müzakirəsi… – Rusiya XİN

Soçidə Zəngəzur dəhlizi müzakirəsi… – Rusiya XİN

Soçidə keçirilən üçtərəfli görüşdə Zəngəzur dəhlizi müzakirə olunub.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər 3 ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi işçi qrup səviyyəsində davam etdiriləcək.

Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Liderlər müzakirələrin sonunda bəyanat imzalayıblar.

Teqlər: