Soçidə aramsız yağan yağışlar bölgəni iflic edib.
AzerTimes xəbər verir ki, bununla bağlı Rusiya mətbuatı məlumat paylaşıb
Sinoptiklər torpaq sürüşmələrinin və çaylarda suyun səviyyəsinin artacağını bildirib.
Hava şəraiti ilə əlaqədar olaraq istirahət mərkəzinin sakinlərinə və qonaqlarına suyun yaxınlığında dincəlməkdən çəkinmələri tövsiyə olunur.
Meteoroloqların sözlərinə görə, belə hava şəraiti sabah da davam edəcək. Mütəxəssislər dağlıq ərazilərdə də təhlükəli olacağından ehtiyat edir.
Bütün kurort xidmətləri gücləndirilmiş rejimdə işləyir. Vəziyyətə şəhərin operativ qərargahı tərəfindən nəzarət edilir.