Soçidə Rusiya sülhməramlılarının Qarabağda qalmasının 10-20 il artırılması barədə sənədi imzalamağa hazıram.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının 6-cı qurultayında deyib.
“Biz, əlbəttə, rus sülhməramlıların öz fəaliyyətini davam etdirməsini istəyirik. Mən Soçidə rəsmi olaraq Qarabağdakı rus sülhməramlılarının qalma müddətinin heç bir şərt olmadan 10-15-20 il artırılması barədə sənədi imzalamağa hazıram”, – Paşinyan deyib.