Soçi görüşünə ABŞ-dan dolayı reaksiya

Soçi görüşünə ABŞ-dan dolayı reaksiya

ABŞ İrəvanla Bakı arasında danışıqlara yardım edəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O bildirib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülhün və danışıqların bərqərar olmasına sadiqdir:

“Birbaşa dialoq problemlərin həlli, hər iki ölkənin arzuladığı davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli əsasda, tərəfdaşlarla danışıqları asanlaşdırmaq üçün qarşıdakı aylarda birgə fəaliyyəti davam etdirəcəyik. Ermənistan və Azərbaycan arasında davamlı sülhə nail olmaq üçün ən faydalı hesab etdiyimizi tətbiq edəcəyik”.

Teqlər: