Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir – Sabiq nazir

Xəbər - Fərid Zöhrabov – Trend

Dünən Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında keçirilən görüşdə ötən ilin 10 noyabrda imzalanan bəyanatında göstərilən mövzular müzakirə olunub.

Bunu Trend-ə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

T.Zülfüqarov bildirib ki, Azərbaycan tərəfi təkidlidir ki, ötən ilin 10 noyabırında imzalanan sənəddə göstərilən bütün maddələr öz həllini tapsın və Ermənistan onları icra eləsin.

“Belə görsənir ki, Ermənistan bu görüşdə təcrid vəziyyətində qalıb”, – deyə T.Zülfüqarov qeyd edib.

T.Zülfüqarov vurğulayıb ki, Ermənistan keçən ilin 10 noyabrda imazalanan bəyannamədə öz üzərinə götürdüyü öhdəlikləri tam təmin etməlidir. Bu Azərbaycanın mövqeyidir.

“Hiss olunur ki, Rusiya da israrlıdır. Bu baxımdan təbii ki, Zəngəzur mövzusu, sərhədlərin delimitasiya və demarkasiya məsələsində, Qarabağ mövzusunda da hesab edirəm ki, fikir ayrılığı hiss olunurdu, çünki Paşinyanın Minsk qrupuna istinadı onu göstərirdi. Ümumi götürdükdə hesab edirəm ki, faydalı bir görüş olub. Ermənistana bir daha çatdırılıb ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir.”

Teqlər: