SOCAR və BOTAŞ İğdır-Naxçıvan qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar aparır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin BOTAŞ şirkəti İğdır-Naxçıvan qaz kəmərinin tikintisi ilə bağlı danışıqlar aparır.

Bu barədə AzerTimes-a Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.

Qeyd olunur ki, yaxın zamanlarda tərəflər tikinti ilə danışıqları başa vuracaq.

Qeyd edək ki, 2020-ci il dekabrın 15-də Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri layihəsi ilə bağlı anlaşma memorandumu imzalayıb. Qaz kəmərinin buraxılış gücü ildə 500 milyon kubmetr təşkil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: