Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya “Rosneft” istehsalı olan dizel yanacağının ilk partiyasını tədarük edib.
AzerTimes bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, 2 min tona yaxın yanacaq ehtiyatı “OKKO” qrupundan olan şirkətin adına idxal edilib.
Bir müddət əvvəl məlumat verilmişdi ki, SOCAR “Rosneft”in neft məhsullarını Ukrayna, Polşa və Baltikyanı ölkələrə nəqlini təşkil edəcək:
“SOCAR beynəlxalq neft ticarəti sahəsində mövqelərini möhkəmləndirməkdə davam edir. Bu istiqamətdə atılan addımlardan biri “Rosneft” şirkəti ilə müqavilənin imzalanması olub”.
(Tərcümə: Orxan Nəbiyev)