SOCAR Ukraynaya 22 min tona yaxın Litva benzini tədarük edib

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin birinci yarısında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi “SOCAR Energy Ukraine” Litvadan 21,7 min ton avtomobil benzini idxal edib.

AzerTimes bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Hesabat dövründə Ukraynaya Litvadan əsas avtomobil benzini tədarükçüsü “OKKO” şirkəti olub. Şirkət Ukraynaya 177,4 min ton benzin tədarük edib.

WOG tərəfindən 98,5 min ton, “Amik Ukraina” tərəfindən 32,6 min ton, “Alyans Oyl Ukraina” tərəfindən 19,2 min, KLO tərəfindən 17,9 min ton benzin tədarük olunub.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini 2009-cu ilin dekabrında yaradılmış “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə həyata keçirir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: