SOCAR Ukraynanın “Glusco” şirkətinin yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinin satın alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bu barədə AzerTimes-a SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib ki, hazırda belə bir satınalma ilə bağlı hər hansı bir qərar yoxdur.
Qeyd edək ki, “Glusco” Ukraynada 127 YDM-yə və 6 neftbazaya sahibdir.
“Glusco” İsveçrənin Proton Energy Qrupuna daxil olan “Glusco Energy” şirkətinin törəmə müəssisəsidir.