Xəbər - Ləman Zeynalova – Trend:
Ukraynadakı mövcud vəziyyətdə Azərbaycan Dövlət Neft Şirkətinin
(SOCAR) törəmə müəssisə olan “SOCAR Energy Ukraine” bütün
yanacaqdoldurma məntəqələrinə operativ yanacaq tədarük edə
bilmir.
Trend bu barədə
şirkətə istinadən məlumat verir.
“Təəssüf ki, yanacağı onlayn sifariş etmək mümkün deyil.
Yanacaqdoldurma məntəqələrində həm nağd, həm də ödəniş
sistemlərinin sabitliyi şərti ilə bank kartı ilə ödəmə mümkündür.
Diqqətə almaq lazımdır ki, yanacaqdoldurma məntəqələri yalnız
təcili tibbi yardım və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin
avtomobillərinə xidmət göstərir”, – deyə məlumatda bildirilir.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)