Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi “SOCAR Ukraine” şirkəti qaz tədarükçüsünün seçilməsi ilə bağlı tenderdə iştirak edir.
AzerTimes-ın məlumatına görə, tender “Odessa liman zavodu” səhmdar cəmiyyəti tərəfindən keçirilir.
Qeyd olunur ki, zavod aprelin 19-dan etibarən xammal tədarükünün həyata keçirilməsi üçün tender elan edib.
Tenderdə “Naftoqaz Treydinq” qaz-təchizat şirkəti, “AqroQaz Treydinq” MMC, “NİKA-Aqrotreyd”, “SOCAR Ukraine” və digər şirkətlər iştirak edir.
(Tərcümə: Orxan Nəbiyev)