Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “Sermaye Investments Limited” “SOCAR Türkiyə”nin səhmlərinin 890 574 713-nün və ya təxminən 13 faizinin satın alınmasını başa çatdırıb.
Trend bu barədə Türkiyənin İctimai İnformasiyanın Açıqlanması Platformasına istinadən məlumat verir.
Bununla da SOCAR-ın “SOCAR Türkiyə”dəki bilavasitə və dolayı iştirakı 87 faizdən 100 faizədək çatıb.
Qeyd edək ki, satın alınan pay əvvəl “Goldman Sachs International” şirkətinə məxsus olub.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)