İstanbul. Elçin Mehdiyev – Trend:
“SOCAR Türkiyə” şirkətinin bugünə qədərki investisiya xərcləri 16.5 milyard dolları keçib.
Trend xəbər verir ki, layihələrin investisiya xərcləri aşağıdakı kimidir:
– Star Neft Emalı Zavodu 6.3 milyard dollar, depolama 600 milyon dollar,
– SOCAR Konteyner Terminalı 400 milyon dollar,
– Petkim-in özəlləşdirilməsi 2 milyard 40 milyon dollar və təxmini hər il təqribən 100 milyon dollar olmaqla ümumilikdə 1 milyard dollar,
– TANAP 6.5 milyard dollar.
Qeyd edək ki, SOCAR Türkiyə Aliağa bölgəsindəki bütün törəmə şirkətləri əhatə edən ərazi üçün “Xüsusi Sənaye Bölgəsi” adınıalan Türkiyədəki ilk şirkətdir.