Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi “SOCAR Türkiyə” bu ölkədəki “Mercury” neft-kimya layihəsi ilə bağlı Böyük Britaniyanın INEOS və digər investorlarla danışıqlar aparır.
Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bunu “SOCAR Türkiyə”nin Direktorlar Şurasının sədr müavini Vaqif Əliyev deyib.
O bildirib ki, “SOCAR Türkiyə” bu layihəni uzun müddətə təxirə salmaq istəmir:
“Biz bu layihəni neft-kimya sahəsində təcrübəsi olan, və ya maliyyələşmə üzrə tərəfdaşla icra edə bilərik. Türkiyədəki digər neft-kimya layihələri “Mercury” layihəsinə təsir etmir”.
Onun sözlərinə görə, layihə ilə bağlı yekun qərar 2022-ci ilədək qəbul olunacaq.
(Tərcümə: Orxan Nəbiyev)