Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsinin 22 məntəqəsi, o cümlədən Vadistanbuldakı mənzil-qərargahı “yaşıl enerji” mənbələrindən alınmış elektrik enerjisindən istifadə edəcək.
Trend-in məlumatına görə, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov deyib.
O bildirib ki, 2021-ci ildə bütün məntəqələrdə istifadə olunan elektrik enerjisinin həcmi 14,5 milyon kilovatt/saata çatacaq və bu, bərpa olunan enerji mənbələri hesabına təmin olunacaq.
Qeyd edək ki, SOCAR sənayedə ekoloji təhlükəsizlik üzrə beynəlxalq standartlara cavab verən şirkətlər sırasına daxildir.
SOCAR daim istehsalat obyektlərində ekoloji təhlükəsizliyin monitorinqini həyata keçirir.
(Tərcümə: Orxan Nəbiyev)