Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Türkiyə” “AzerTelecom” MMC telekommunikasiya operatoru ilə birgə müəssisə yaradacaq.
Trend-in məlumatına görə, müəssisənin yaradılması ilə bağlı Türkiyənin antiinhisar qurumu müvafiq razılıq verib.
Birgə müəssisə “Transanatolian Fiber Taf Telecommunications Services” adını daşıyacaq.
Qeyd edək ki, “SOCAR Türkiyə” 2008-ci ildə “Petkim” müəssisəsinin səhmlərinin 51 faizini satın almaqla Türkiyədə fəaliyyətə başlayıb.
“Azertelecom” MMC “Bakcell” mobil rabitə operatorunun törəmə müəssisəsidir.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)