“SOCAR Türkiyə” “Merkury” layihəsi ilə bağlı yekun qərarın müddətini açıqlayıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin dördüncü rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ikinci neft-kimya zavodunun (Merkury) tikintisi layihəsi üzrə yekun qərarın qəbul edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Türkiyə KİV-lərinə “SOCAR Türkiyə”nin neft emalı və neft-kimya üzrə biznes bölməsinin rəhbəri, “Petkim” neft-kimya kompleksinin baş direktoru Anar Məmmədov deyib.

“Petkim”in sürətlə böyüdüyü bir vaxtda COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınmış layihələrin işə salınmasına hazırlıqlar davam edir. İlin qalan hissəsində biz diqqətimizi yeni layihələrə və dayanıqlı istehsala, investisiyalara yönəldəcəyik. Bizim rəqəmsal transformasiyamız prioritet məsələlərimizdən olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, 2018-ci ildə “bp” və “SOCAR Türkiyə” Türkiyədə neft-kimya kompleksinin tikintisi və istismarı ilə məşğul olacaq birgə müəssisənin yaradılması üçün əməkdaşlığın başlanması barədə saziş imzalamışdı. 2020-ci ildə “bp” neft-kimya sektorundan tamamilə imtina edib. Hazırda “SOCAR Türkiyə” Böyük Britaniyanın INEOS və digər investorlarla “Merkury” layihəsi ilə bağlı danışıqlar aparır.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: