“SOCAR Türkiyə” lirənin məzənnəsinin şirkətin gəlirlərinə təsiri barədə

Xəbər - Ləman Zeynalova – Trend:

Türkiyə lirəsinin məzənnəsinin azalması SOCAR-ın Türkiyədə gəlirlərinə az təsir edəcək.

Trend-in məlumatına görə, bunu “SOCAR Türkiyə”nin maliyyə riskləri üzrə əlaqələndiricisi Əli Ağaoğlu şirkətin “YouTube” kanalında yayımlanan müsahibədə deyib.

“Birincisi, bizim satışlarımız dollara bağlıdır. Biz dövlətin təyin etdiyi qiymətlərlə neft satırıq, amma dövlət də burada neft qiymətləri və dolların məzənnəsini nəzərə alaraq qiymətlərin dəyişməsinə imkan verir. Hazırda SOCAR-ın Türkiyədəki gəlirlərinin 78 faizi xarici valyutanın payına düşür, 22 faizini isə lirə təşkil edir. Bununla əməkdaşların əməkhaqları ödənilir, qaz və elektrik üçün ödənişlər edilir” – deyə, o bildirib.

Ə.Ağaoğlunun sözlərinə görə, ikincisi isə “SOCAR Türkiyə”nin öz məhsuluna tələbatla bağlı da problemi yoxdur.


“Petkim” neft-kimya kompleksi Türkiyənin yeganə neft-kimya şirkətidir və onun payına bu sahədə məhsulun ölkə üzrə tələbatının 18 faizi düşür. Türkiyə idxalçı ölkədir. Ona görə də “Petkim”in məhsulu ölkə daxilində çox rahat istehlak edilir” – deyə, şirkət rəsmisi vurğulayıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: