“SOCAR Türkiyə” ildə 35 min dollardan çox məbləğə qənaət edəcək

Xəbər - Ləman Zeynalova -Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi “SOCAR Türkiyə” elektron imza vasitəsilə ildə 35 min dollardan çox məbləğə qənaət edəcək.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, “SOCAR Türkiyə” elektron imza tətbiqini işə salmaqla rəqəmsal transformasiya yolunda vacib addım atıb:

“İldə 500 min kağız və 35,8 min dollar məbləğə qənaət etməyə imkan verəcək tətbiq şirkətin 5 min əməkdaşı tərəfindən istifadə olunacaq. “SOCAR Türkiyə”nin bütün klaster şirkətlərini əhatə edən tətbiqin işə düşməsi nəticəsində daxili yazışmalar, sənədlərin təsdiqi, göndərilməsi və alınması prosesləri rəqəmsal platformalar vasitəsilə həyata keçiriləcək. Tətbiq müqavilə proseslərini 21 gündən 3 günə azaltmağa imkan verəcək, əvvəllər 5 iş günü tələb edən işlər isə iki günə həll olunacaq”.


Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: