İstanbul. Elçin Mehdiyev – Trend:
Lirənin məzənnəsi ilə bağlı vəziyyət “SOCAR Türkiyə”nin fəaliyyəti üçün böyük risklər daşımır.
AzerTimes-ın məlumatına görə, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.
Z.Qəhrəmanov bildirib ki, şirkət maliyyə əməliyyatlarını daha çox dollar ilə aparır:
“Məhsulların topdan satışı dollar ilə aparılır. Lirə ilə olan əməliyyatlar gündəlik həyata keçirilir. Yəni bizə bir günün təsiri ola bilər. 90 faiz əməliyyatlar dollarla aparılır. Bizim üçün əsas risklər qlobal müstəvidə olan risklərdir”, – Z.Qəhrəmanov deyib.