SOCAR “Tüpraş”ın səhmlərinin satın alınması barədə məlumatları şərh edib

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Tüpraş” şirkətinin səhmlərinin 30 faizinin satın alınması barədə məlumatları təkzib edib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-ə bildirib ki, bununla bağlı fikirlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, bir müddət əvvəl bir sıra Türkiyə KİV-ləri “Koç Holding”in törəmə müəssisəsi olan “Tüpraş”ın səhmlərinin 30 faizinin SOCAR-a satmasını bildirimişdi. Bu isə İzmirdəki Əliağa neft emalı zavodunun SOCAR-a təhvil verilməsini ifadə edirdi.

Qeyd edək ki, “SOCAR Türkiyə”nin tərkibinə “Petkim”, TANAP, “STAR Refinery”, “SOCAR Terminal”, “Petkim RES” (külək elektrik stansiyası), “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “SOCAR Enerji Ticaret”, “Millenicom”, “SOCAR Ticaret” və “SOCAR Depolama” daxildir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: