SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi

SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi

Hava şəraitinin dəyişməsi əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dənizdəki açıq istehsal sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə AzerTimes-a SOCAR-dan bildirilib.

Məlumata əsasən, bununla bağlı istehsalat sahəsində müəyyən işlərin yerinə yetirilməsinə məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, hava proqnozuna əsasən, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Yanvarın 7-si axşamdan 9-u gündüzədək şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Teqlər: