SOCAR “Rosneft”in neft məhsullarının tədarükünü bərpa edib

Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya eksklüziv tədarükçüsü olan “Socar New Energy” ongünlük fasilədən sonra yeni həcmlərin tədarükünə başlayıb.

Trend-in məlumatına görə, məhsulların ilk partiyası “Madoks Ukraina” şirkətinin ünvanına çatdırılıb.

Bundan başqa, daha üç treyder mayeləşdirilmiş qaz tədarüklərini təsdiqləyib.

Qeyd edək ki, SOCAR Texniki və İxrac Nəzarəti Federal Xidmətininin icazələrin verilməsi ilə bağlı problemini həll edə bilib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: