SOCAR qaz anbarlarının doldurulmasının başlayacağı vaxtı açıqlayıb

Xəbər - Ləman Zeynalov – Trend:

Bu həftənin sonunda qaz anbarlarının doldurulması prosesinin başlanması gözlənilir.

Bunu AzerTimes-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, anbarlardan qaz götürülməsi prosesi qış mövsümünün başa çatması ilə əlaqədar dayandırılıb. O bildirib ki, qış mövsümünün sonunda anbarlarda qalan qaz ehtiyatı 800 milyon kubmetrə yaxındır.

Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur – “Qalmaz” və “Qaradağ”. Hər iki anbar SOCAR-ın balansındadır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: